Xəbərlər
Rusiya Arktikasında yeni polimer materialdan çəlləklər hazırlanacaq
Apr 04, 2022 | 12:00 / Maraqlı məlumatlar
Oxunub 1364 dəfə

Omsk Dövlət Texniki Universitetinin (OmDTU) mütəxəssisləri Uzaq Şimalda şəraitə uyğun,istismara yararlı yanacaq və sürtkü materialları saxlamaq üçün çəlləkləri polimer kompozit materiallarından  hazırlayıblar.

Hazırda Rusiya Arktikasında yanacaq və sürtkü materiallarının saxlanması üçün paslanmaya meyilli ətraf mühitə ziyan vurmaq təhlükəsi ola bilən, 200 litrlik polad çəlləklərdən istifadə olunur. Bundan əlavə, onlar yerləşdiyi yerdə utilizasiya edilə bilməz, ona  görə də onların  çıxarılması və saxlanmasına əlavə vəsait sərf edilir.

Onları əvəz etmək üçün Omsk Dövlət Texniki Universitetinin alimləri analoqlarından fərqlənən yeni material yaradıblar. İstehsalçıların fikrincə, o, odadavamlıdır və Arktika zonasına xas olan temperaturlara tab gətirə bilir. Bundan əlavə onu  bir neçə yolla istifadə etdikdən dərhal sonra işlətmək  olar.

“Birinci halda, çənlərlə birlikdə yerləşdirmə yerlərinə parçalayan texnika (drobilka) qoyulur. Çənlər eyni tutumu dolduran xırda parçalanmış yonqarlara çevrilir və təkrar emal prosesində sonrakı istifadə üçün "materik"ə göndərilir. Bir konteynerdə 30-dan 90-na qədər xırdalanmış çənlərin hissələri saxlana bilir.Bu halda materialların qaytarılması iqtisadi cəhətdən məqsədəuyğun olur. İkinci üsul yandırmadır, ekoloji yükü əhəmiyyətli dərəcədə azaltmaq məqsədi ilə zəhərli elementlərin parçalanması üçün materialın tərkibinə katalizatorlar daxil edilir.

Konteynerlərin tam ölçülü nümunələrinin və onun utilizasiyası üçün kompleksin maketinin 2022-ci ilin payızında, Rusiya Müdafiə Nazirliyi tərəfindən keçirilən “Vostok-2022” strateji təlimlərində təqdim edilməsi planlaşdırılır.

https://www.nanonewsnet.ru/news/2022/v-rossiiskoi-arktike-poyavyatsya-bochki-iz-novogo-polimernogo-materiala

JURNALLAR
Faydalı linklər