Xəbərlər
M.F. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun elmlər doktoru hazırlığı üzrə dissertantının dissertasiya işininin ilkin müzakirəsi keçirilmişdir.
Mart 15, 2022 | 16:57 / Konfranslar, iclaslar
Oxunub 1994 dəfə

15 mart 2022-ci il tarixində AMEA akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Oksidləşdirici heterogen kataliz” şöbəsinin iclasında əyani formada şöbənin elmlər doktoru hazırlığı üzrə sabiq dissertantı Şabanova Zümrüd Abdulmütəllib qızının 2316.01 - “Kimyəvi kinetika və kataliz” ixtisasında kimya elmləri doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Modifikasiya olunmuş seolitlər üzərində spirtlərin və naften karbohidrogenlərinin oksidləşdirici çevrilməsinin elmi əsasları” mövzusunda dissertasiya işininin ilkin müzakirəsi keçirilmişdir. Müzakirədə şöbənin əməkdaşları ilə yanaşı İnstitutun digər şöbələrinin uyğun ixtisas üzrə mütəxəsisləri iştirak etmişlər.

Dissertasiya işinin elmi məsləhətçi: akademik Ağadadaş Əliyev.

Dissertasiya işinin təqdimatından sonra rəyçilər k.e.d. Sürəyya Ağayeva və k.e.d. Fətdah Həşimovun rəyləri dinlənildi. Sonra iddiaçıya iştirakçılar tərəfindən verilən çoxsaylı suallar onun tərəfindən cavablandırılmışdır. Geniş müzakirədən sonra dissertasiya işinin İnstitutun Elmi Seminaında müzakirəyə təqdim edilməsi haqqında yekdilliklə qərar qəbul edilmişdir.

JURNALLAR
Faydalı linklər