Xəbərlər
Foto
İnstitutunda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Dek 12, 2016 | 12:30 / Konfranslar, iclaslar
Oxunub 8106 dəfə

AMEA akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Əvvəlcə ulu öndərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə açan Akademik Dilqəm Tağıyev dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin həyatından, Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərindən danışdı. Akademik bildirdi ki, Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində özünün müstəsna əhəmiyyəti, xalqımızın nəinki bu günü, həm də gələcək taleyinin müəyyənləşdirilməsi baxımından Heydər Əliyev epoxası bənzərsizdir. Sonra akademik ulu öndərin Azərbaycan elminin inkişafındakı xidmətləri, Elmlər Akademiyasına və elm adamlarına göstərdiyi diqqət və qayğıdan danışdı. Sonra o bildirdi ki,  Heydər Əliyevin siyasi kursunu və dövlətçilik strategiyasını prezident  İlham Əliyev bu gün böyük uğurla davam etdirir.  Möhtərəm prezidentimiz İlham Əliyev üçün böyük siyasətdə, beynəlxalq münasibətlərdə, ölkədaxili məsələlərin həllində, dövlət idarəçiliyində Heydər Əliyev siyasi təlimi möhkəm təməl, etibarlı bünövrə və böyük bələdçidir. Sonda akademik vurğuladı ki, bütün ömrünü xalqımızın tərəqqisinə və firavanlığına həsr etmiş Ulu öndərin həyat və fəaliyyəti bizim üçün güc mənbəyidir.

Sonra  AMEA-nın müxbir üzvi Əli Nuriyev, laboratoriya müdiri, kimya üzrə elmlər doktoru Fikrət Sadıqov və YAP İnstitut təşkilatının sədri Məhiyəddin Ulu öndər haqqında xatirələrini, Heydər Əliyevin Hakimiyyəti dövründə qazanılan uğurlardan danışdılar və bildirdilər ki, ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan inamla irəli addımlayır, özünün sabit və davamlı inkişafı ilə bölgədə liderliyini möhkəmlədir, dünyada nüfuzunu durmadan artırır.  

JURNALLAR
Faydalı linklər