Xəbərlər
Maqnezium üz-çənə cərrahiyyəsi üçün bioloji həll olunan implantların əsas hissəsi olacaq.
Mart 14, 2022 | 11:46 / Maraqlı məlumatlar
Oxunub 1172 dəfə

Elmi Tədqiqat Texnoloji Universitetinin və Moskva Polad və Ərintilər İnstitutunun materialşünas alimlər qrupu müasir çənə implantları üçün material kimi istifadə oluna bilən tərkibində maqnezium, sink, qallium və ittrium olan yeni ərinti təqdim edib. Onlar təkrar əməliyyat tələb etmirlər, çünki sümük toxumasının yeni sahəsinin böyüməsi ilə paralel olaraq bədəndə tədricən həll olurlar.

Tədqiqatçıların fikrincə, müxtəlif istilik emalı rejimlərinin ərintinin xassələrinə təsirinin analizi göstərdi ki,suda möhkəmləndirmək şərtilə optimal temperatur 3500C, müddət 18 saat təşkil edir.

Beləliklə, maqnezium ərintisinin tərkibindəki qalliumun maqneziuma görə nisbətini dəyişdirməklə implantların korroziya sürətini idarə etmək mümkündür.

Nəticədə, yüksək mexaniki xassələrə və aşağı biorezorbsiya sürətinə  görə təklif olunan rejimə uyğun olaraq alınmış sink, qallium və ittrium əlavələri olan maqnezium ərintisi üz-çənə implantları yaratmaq üçün istifadə edilə bilər. Ərintilərin tərkibində qalliumun olma-sı onlara yeni, unikal xüsusiyyətlər verəcək və xəstələrin zədələnmiş sümük toxumasını bərpa etməyə kömək edəcəkdir.

Tədqiqatın nəticələri Materials beynəlxalq elmi jurnalında dərc olunub.

https://www.nanonewsnet.ru/news/2022/magnii-stanet-osnovoi-biorastvorimykh-implantatov-dlya-chelyustno-litsevoi-khirurgii

JURNALLAR
Faydalı linklər