Xəbərlər
Foto
M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda ED 1.15 Dissertasiya Şurasının nəzdində fəaliyyət göstərən Elmi seminarda İnstitutun doktorantı Lalə Məhərrəmovanın dissertasiya işinin müzakirəsi keçirilib
Mart 11, 2022 | 14:00 / Konfranslar, iclaslar
Oxunub 3294 dəfə

11 mart 2022-ci il tarixində AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “Oksidləşdirici heterogen kataliz” şöbəsinin “Ekoloji kataliz” laboratoriyasının sabiq doktorantı Məhərrəmova Lalə Gülbala qızının 2316.01–«Kimyəvi kinetika və kataliz» ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Metanolun dimetoksimetana çevrilməsi üçün V, Zr əsaslı katalizatorlarin işlənməsi” mövzusunda dissertasiya işinin ED 1.15 Dissertasiya Şurasının nəzdində fəaliyyət göstərən Elmi seminarda əyani formada müzakirəsi keçirilmişdir. İclası giriş sözü ilə açan seminarın sədri k.e.d. professor Arif Əfəndi seminarın keçirilməsi üçün yetərsay olduğunu bildirdi. Elmi seminarın katibi k.e.n., dosent Lətifə Həsənova doktorantın adı, dissertasiya işinin mövzusu ilə seminar üzvlərini tanış etdi. Daha sonra çıxış etmək üçün söz iddiaçıya verildi. Məhərrəmova Lalə tədqiqat işinin aktuallığı, məqsədi, qarşıya qoyulmuş məsələlər və onların həlli yolları haqqında ətraflı məlumat verdi, seminar üzvlərinin suallarını cavablandırdı. Seminar müzakirəsindən keçən elmi tədqiqat işinin rəsmi rəyçiləri k.e.d. professor Sabit Məmmədov və k.ü.f.d. Pəri Muradova öz rəylərini və iradlarını bildirdilər. Elmi-tədqiqat işi seminar üzvlərinin marağına səbəb oldu, tədqiqat işinin mövzusu üzrə ətraflı müzakirələr aparıldı, iddiaçıya elmi seminar iştirakçıları tərəfindən verilən çoxsaylı suallara L.Məhərrəmova ətraflı cavab verdi və rəsmi rəyçilərin tövsiyə və iradlarına münasibətini bildirdi. Sonda dissertasiya işinin elmi rəhbəri k.e.d. professor Arif Əfəndi həm tədqiqat işi, həm də iddiaçı barədə öz fikirlərini söylədi.

Elmi seminarın üzvlərinin keçirdiyi gizli səsvermənin nəticəsinə əsasən Elmi seminar dissertasiya işinin əsas müdafiə üçün ED 1.15 Dissertasiya şurasına təqdim edilməsi haqqında qərar qəbul etdi.

JURNALLAR
Faydalı linklər