Xəbərlər
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının məqaləsi “Web of Science” bazasında indeksləşən, CA impakt faktorlu jurnalda dərc olunub.
Mart 04, 2022 | 13:18 / Nəşrlər
Oxunub 2311 dəfə

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimlərinin Fizika İnstitutunun alimləri ilə birgə "Моделирование структурных и энергетических характеристик атомов в 2D-кристалле GaS с точечными дефектами" adlı məqaləsi  “Web of Science” bazasında indeksləşən, CA impakt faktorlu "Физика твердого тела" jurnalında dərc olunub.

Sıxlıq funksional nəzəriyyəsi (DFT) çərçivəsində  heksaqonal sinqoniyalı qallium monosulfidin (GaS) xassələri, yaxın nizamlı quruluşla əlaqəli olan, vakansiyaların təsiri nəzərə alınmaqla modelləşdirilmişdir. Göstərilmişdir ki, monotəbəqəli GaS-in elektron şüalanması nəticəsində, nöqtəvi defektlərin əmələ gəlməsi səbəbindən, onun keçiriciliyinin azalmasına səbəb olur. 36 və 48 atomlu monovakansiyalı GaS superqəfəslərin zona quruluşu, hal sıxlığı və energetik xassələri hesablanmışdır. DFT hesablamaları ilə GaS-in əmələ gəlmə enerjisi, Ga və S atomlarının defektəmələgəlmə enerjiləri qiymətləndirilmişdir və həmçinin vakansiyaların xassələrə təsiri müəyyən edilmişdir. Ga-S faza diaqramı nəzərə alınmaqla, GaS birləşməsinin tərkibinin kimyəvi potensialın qiymətinə təsiri nəzəri öyrənilmişdir.

"Моделирование структурных и энергетических характеристик атомов в 2D-кристалле GaS с точечными дефектами"

M.M. Асадов 1, С.Н. Мустафаева 2, С.C. Гусейнова 2, В.Ф. Лукичев 3, Д.Б. Тагиев 1

Физика твердого тела, 2022, том 64, вып. 1

JURNALLAR
Faydalı linklər