Xəbərlər
Qrafen ekranların hazırlanmasında istifadə edilən nadir metalı əvəz edə bilər.
Mart 04, 2022 | 11:00 / Maraqlı məlumatlar
Oxunub 1198 dəfə

Qrafen sensor cihazları üçün istifadə edilən nadir element olan indiumu əvəz edə bilər. İndium yer üzündə ən çox yayılmış nadir metallardan biridir və o elektron cihazlarda əsas komponentdir.Yeni işin müəllifləri indiumu,xassələrini itirmədən,qrafenlə necə əvəz etməyin yolunu öyrəniblər.

İndium qalay oksidinin (ITO) nazik təbəqələri yüksək elektrik keçiriciliyinə malikdir və işığa qarşı şəffafdır,buna görə də onlardan müxtəlif əksetdirmə texnologiyalarında, şüşə örtüklər və günəş  batareyalarında istifadə etmək olar.

Problem ondadır ki, indium qızıl və gümüşdən daha çox yayılmağına  baxmayaraq,çox az hallarda indiuma  yer qabığında elementar formada  rast gəlinir və  onu filizdən əlavə məhsul kimi çıxartmaq lazım gəıir. Buna görə də tədqiqatçılar indium üçün daha   geniş yayılmış alternativlər axtarırlar. Əvvəllər elm adamları onun karbon nanoboruları, mis nanotellər və ya şüşəvari   polimerlərlə əvəz edilə biləcəyini araşdırmışlar.

Yeni tədqiqatın müəllifləri isə bu məqsədlə qrafendən istifadə etmək qərarına gəliblər. Material faydalı elektron və optik xassələrə malik olan bir atom qalınlığında karbon təbəqəsindən ibarətdir və  çox yayılmışdır.

Tədqiqatçılar buxar fazasından metal üzvi kimyəvi çökdürmə metodundan istifadə edərək şəffaf qatın üzərinə qrafen qatını yerləşdiriblər. Qrafenin keçiriciliyini artırmaq üçün onu azot turşusu ilə legirləyirlər, sonra onu anod şəklinə salmaq üçün lazerlə işləyirlər. Müəlliflərin fikrincə, alınmış  qrafen əsaslı ÜST(üzvi süalandırma diodu) cihazı indium-qalay oksidindən hazırlanan qurğularla eyni şəkildə işləyirlər.

https://www.nanonewsnet.ru/news/2022/grafen-mozhet-zamenit-redkii-metall-kotoryi-ispolzuyut-dlya-izgotovleniya-ekranov

JURNALLAR
Faydalı linklər