Xəbərlər
Qan köcürülməsi üçün toz şəklində süni qan: ancaq su əlavə et
Dek 09, 2016 | 12:00 / Maraqlı məlumatlar
Oxunub 5372 dəfə

ABŞ-in bir qrup alimləri yaxınlarda steril su qatılanda maye qana çevrilən , öz funksiyasını 12 saat ərzində yerinə yetirən toz şəklində maddə təklif ediblər. Biokimya və molekulyar biofizika professoru Allan Doktor izah etdi ki, onların yaratdığı toz xüsusi saxlanma şəraitini tələb etmir, ancaq  xarab olmaması üçün qanı yerləşdirməyə standart konteyner tələb olunur. Tozun saxlanma müddəti 1 ildir. Tozun əsasını təmizlənmiş hemoqlabin əsasında olan maddə təşkil edir. Bu tozun əsas çatışmazlığı ondan ibarətdir ki, ağır qan itgisi zamanı istifadə edilə bilməz. Heyvanlar üzərində təcrübələr göstərir ki, onların yalnız 70%-ə qədər qanını süni qan ilə dəyişmək olar. “Tozdan alınan qan” -ın yeganə əla yerinə yetirdiyi funksiya – oksigen daşımaq qabiliyyətidir.

JURNALLAR
Faydalı linklər