Xəbərlər
Kimyaçılar suyun təmizlənməsi üçün sorbentlərin yaradılmasına alternativ yanaşma təklif ediblər.
Mart 02, 2022 | 14:00 / Maraqlı məlumatlar
Oxunub 1332 dəfə

Rusiya Elmlər Akademiyasının Ümumi və Qeyri-üzvi Kimya İnstitutu və Moskva Dövlət Universitetinin Kimya fakültəsinin tədqiqatçıları suyun ağır metallardan təmizlənməsi üçün sorbentlərin yaradılmasını ekoloji üsuluna təklif etdilər.Bu, atom sənayesi üçün böyük əhəmiyyət kəsb edən ciddi problemdir.

Çirkab suların təmizlənməsində istifadə olunan geniş yayılmış texnologiyalardan biri təbii və süni mənşəli daşıyıcı –matrisa olan sorbentlərin istifadəsidir. Belə bir sorbenti sulu fazadan asanlıqla ayırmaq və sonrakı emala məruz qoymaq olur. Sorbentlərdən istifadə edərək suyun təmizlənməsinin səmərəliliyi 99,5%-ə çata bilir.

REA-nın N.S. Kurnakov adına Ümumi və Qeyri-üzvi Kimya İnstitutunun və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Kimya fakültəsinin alimləri, sor-bentlərin istehsalına daha çox ekoloji cəhətdən təmiz və qənaətcil olan alternativ bir yanaşma təklif etdilər.

İşin nəticələri Molecules jurnalında dərc olunub.

https://indicator.ru/chemistry-and-materials/khimiki-predlozhili-alternativnyi-podkhod-k-sozdaniyu-sorbentov-dlya-ochistki-vody-29-12-2021.htm

 

JURNALLAR
Faydalı linklər