Xəbərlər
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun laboratoriya müdiri k.e.d. Elza Salahovanın «Получение тонких полупроводниковых покрытий на основе халькогенидов рeния» adlı kitabı çap edilmişdir.
Mart 02, 2022 | 11:38 / Nəşrlər
Oxunub 1773 dəfə

Monoqrafiya müxtəlif elektrolitlərdən reniumun xalkogenlərlə birgə elektrolitik cökdürülməsinə və renium xalkogenidlərinin yeni nazik yarımkeçirici örtüklərinin alınmasının elmi əsaslarının işlənib hazırlanması sahəsində aparılmış tədqiqatlara həsr edilmişdir. Müxtəlif tədqiqat metodları ilə renium- selen ərintisinin turş və qələvi məhlullarından, renium -tellur ərintisinin xlorid-sulfat, renium- kükürd ərintisinin tiomocevina məhlulundan cökdürülməsi prosesinin kinetika və mexanizmi tədqiq edilərək hərtərəfli izahı monoqrrafiyada verilmişdir. Tədqiq edilən məhlullardan renium xalkogenidlərinin cökdürülməsi zamani polyarizasiyanın təbiəti, xarakteri və cökmə prosesini doguran səbəblər monoqrafiyada geniş tədqiq edilmiş, elektrokimyəvi yolla alınmış renium xalkogenid ərintilərinin tərkibinə və keyfiyyətinə müxtəlif  amillərin təsiri öyrənilmiş, yarımkecirici xassəyə malik nazik təbəqələrin alınmasına imkan verən elektrolitin tərkibi və elektroliz rejimi verilmişdir.

Monoqrafiya kimya ixtisası üzrə təhsil alan institut tələbələri, elmi-tədqiqat institutlarının mütəxəssisləri, doktorantlar, magistrlar və elektrokimya sahəsində çalışan alimlər üçün nəzərdə tutulub.

JURNALLAR
Faydalı linklər