Xəbərlər
Foto
AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib.
Fev 28, 2022 | 16:36 / Konfranslar, iclaslar
Oxunub 2731 dəfə

İnstitutun baş direktoru akademik Dilqəm Tağıyev iclası giriş sözü ilə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış etdi.

Gündəlikdə duran ilk məsələ İnstitut əməkdaşlarının 01-11 fevral 2022-ci il tarixində keçirilmiş attestasiyası nəticələrinin elmi şura üzvlərinə çatdırılması oldu. İclasın sədri əvvəlcə attestasiya komissiyasının üzvlərinə təşəkkür etdi, attestasiyanın obyektiv aparıldığını, kimsəyə güzəşt edilmədiyini auditoriyaya bildirdi. Daha sonra akademik Dilqəm Tağıyev attestasiyanın nəticələrini oxudu. Belə ki, attestasiyaya cəlb edilən 270 işçidən 231 nəfər vəzifəsinə uyğun görülmüş, onlardan 8 əməkdaşın vəzifəsi qaldırılmış, 7 əməkdaşın vəzifəsi aşağı salınmış, 4 əməkdaşın dərəcəsi azaldımış, 7 əməkdaşa xəbərdarlıq edilmiş, 20 əməkdaşın işinə xitam verilib,bəzi işçilər isə əvvəldən öz xahişləri ilə tutduğu vəzifədən azad edilmişlər.

Gündəliyin ikinci məsələsi İnstitutun magistrantlarının attestasiyası ilə bağlı idi. Bu haqda danışmaq üçün iclasın sədri müxbir-üzv Məhəmməd Babanlıya söz verdi. O öz növbəsində qeyd etdi ki, ümumilikdə müəssisəmizdə beş ixtisas üzrə 16 magistrant təhsil alır, onlardan doqquzu birinci kurs, yeddisi ikinci kurs magistrantlarıdır. Magistr dissertasiyalarının yerinə yetirilməsi üzrə vəziyyət qənaətbəxşdir. İkinci kurs magistrantlar mövzuları üzrə məqalə və tezislər çap etdirmişlər. Bütün magistrantlar attestasiyadan keçmiş hesab olunublar. İclasın sədri çıxışı üçün M.Babanlıya təşəkkür etdi və əlavə etdi ki, müəssisə üçün magistr və doktorant hazırlığı çox mühüm məsələdir. Belə ki, gəncləşmə siyasətinə uyğun olaraq, işlərinin öhdəsindən gələn və bizimlə işləmək istəyən magistr və doktorantları işə götürmək lazımdır.

Akademik Dilqəm Tağıyev Q.İ.Kəlbəliyev, D.B.Tağıyev və S.R.Rəsulovun hazırladıqları “Transport phenomena in dispersed media” ("Dispers mühitlərdə daşınma fenomenləri", London-New-York, CRC Press) adlı monoqrafiyanın Dövlət Mükafatına təqdim edilməsi haqqında təklif irəli sürdü və Şura üzvləri tərəfindən qərar qəbul edildi.

Sonda M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya institutunun fəaliyyəti ilə bağlı bir sıra digər məsələlərə baxılaraq müvafiq qərarlar qəbul olunub.

JURNALLAR
Faydalı linklər