Xəbərlər
Moskva Dövlət Universitetinin kimyaçıları həmkarları ilə birlikdə həddindən artıq aktiv olan superferment yaradıblar
Fev 25, 2022 | 11:53 / Maraqlı məlumatlar
Oxunub 1244 dəfə

Kimyəvi enzimologiya kafedrasının əməkdaşları (Almaniyalı) həmkarları ilə birlikdə gen mühəndisliyi metodlarının vasitəsilə  dünyada ilk dəfə olaraq P450 BM3 tsitoxromu və formiat dehidrogenaz fermentlərini böyük aktiv molekul şəklində  birləşdirdilər. Bu supermolekulun   iki ayrı fermentdən ibarət sistemdən daha çox aktiv olduğu  aşkar edildi.

Fermentlər canlı sistemlərdə biokimyəvi prosesləri sürətləndirən zülal molekullarıdır. Fermentlər seçicilik və səmərəlilik baxımından sintetik kimyəvi katalizatorlardan əhəmiyyətli dərəcədə üstündür. Buna görə də, biokimyaçılar fermentlərin fəaliyyət prinsiplərini hərtərəfli öyrənir və onları  tibbdə, əczaçılıqda və parfümeriyada biotexnoloji proseslərdə  geniş  istifadə edirlər.

Tədqiqatda müəlliflər formiat dehidrogenazın tsitoxroma birləşməsinin iki: ön və arxa variantını araşdırdılar. Məlum oldu ki, təmas yeri çox mühüm rol oynayır, çünki o, fermentlərin aktiv mərkəzlərinin oriyentasiyasına birbaşa təsir edir və hibrid molekulun ümumi katalitik aktivliyini müəyyən edir. Nəticələr göstərdi ki, ayrı-ayrı fermentlərlə müqayisədə alınan  molekul daha səmərəli işləyir, belə ki, oksidləşən birləşmədən asılı olaraq  reaksiyanın  sürəti 5-20 dəfə artır.

İşin müəlliflərinin dediyi kimi, yaranan sistemi hələ də təkmilləşdirmək olar. Lakin,  öyrənilmiş metodika bir çox müxtəlif fermentlərin bir-birinə birləşməsinə imkan verir ki, bu da böyük elmi və  ticari  maraq doğurur.

 Elmi iş Scientific Reports jurnalında dərc olunub.

https://www.nanonewsnet.ru/news/2021/khimiki-mgu-s-kollegami-sozdali-sverkhaktivnyi-superferment

JURNALLAR
Faydalı linklər