Xəbərlər
Foto
KİMYA ELMLƏRİ ÜZRƏ PROBLEM ŞURASININ növbəti iclası keçirilmişdir.
Fev 24, 2022 | 13:05 / Konfranslar, iclaslar
Oxunub 2419 dəfə

Fevralın 24-də akad. M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Azərbaycan Respublikasi Elmi Tədqiqatlarin Əlaqələndirilməsi Şurası nəzdində Kimya Elmləri üzrə Problem Şurasının növbəti iclası keçirilmişdir. İclası Kimya Elmləri üzrə Problem Şurasının sədr müavini, k.e.d., professor Akif Əliyev açaraq hazırda dissertasiya mövzularının aktuallığı, dissertasiyaların adlarının onun məzmununu tam əks etdirməsi məsələləri haqqında məlumatlar verdi. O cümlədən, təklif etdi ki, yeni doktorant və ya dissertantların dissertasiya mövzularının adlarının tədqiqat işi bitdikdən sonra təsdiqə təqdim edilməsi daha məqsədəuyğundur. Çünki tədqiqatın gedişindən asılı olaraq, bəzən nəticələr müxtəlif olur, mövzunun adı bu zaman nəticə və ya ixtisasla uzlaşmır. Akif Əliyev iddiaçılara və elmi rəhbərlərə mövzuların addlarını yazarkən azərbaycan dilinin qrammatikasına riayət etməyi məsləhət gördü.

İclasda 2301.01- Analitik kimya, 2314.01- Neft kimyası, 2318.01- Kompozit materialların kimyası və texnologiyası, 2308.01- Elektrokimya və 2316.01- Kimyəvi kinetika və kataliz ixtisasları üzrə 6 dissertasiya mövzusu ətraflı müzakirə edildi. Sonda onlardan 1-i birbaşa, 5-i isə redaktə olunaraq Kimya elmləri üzrə Problem Şurasında təsdiq üçün qəbul edildi.

JURNALLAR
Faydalı linklər