Xəbərlər
Foto
Elmi Şuranın növbəti iclası keçirilmişdir
Dek 06, 2016 | 12:20 / Konfranslar, iclaslar
Oxunub 8931 dəfə

Bu gün AMEA Kataliz və Qeyti-üzvi Kimya  İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilmişdir. İclası AMEA Kimya Elmləri Bölməsinin akademik katibi, İnstitutun direktoru, akademik Dilqəm Tağıyev acdı. Akademik gündəlikdə duran məsələlərlə Elmi Şuranın üzvlərini tanış etdi. İlk məsələ olaraq, AMEA Rəyasət Heyətinin dəstəyi ilə Tayvan Milli Tsinq Hua Universitetinin Kimya Mühəndisliyi Departamentində uzunmüddətli elmi ezamiyyətdə olmuş institutun aparıcı elmi işçisi Şamo Tapdıqovun ezamiyyə müddətində apardığı elmi-tədqiqat işlərinin hesabat məruzəsi dinlənildi. Sonra institutda çalışan baş elmi işçilər 2016-cı ildəki elmi fəaliyyətlərinə dair məruzə ilə çıxış etdilər. Məruzələr ətrafında geniş müzakirələr aparıldı. Müzakirələr zamanı akademik Dilqəm Tağıyev baş elmi işçilərə öz təklif və tapşırıqlarını verdi. Daha sonra gizli səsvermə yolu ilə İnstitutun Fiziki-kimyəvi analiz Şöbəsinin müdiri vəzifəsinə kimya üzrə fəlsəfə doktoru Vaqif Qasımov, Təhsil Şöbəsinin müdiri vəzifəsinə isə Sevinc Məmmədova  təsdiq edildi .

JURNALLAR
Faydalı linklər