Xəbərlər
Mixeil Çxenkeli: Azərbaycan ilə qarşılıqlı əməkdaşlıq nəticəsində elm və təhsil sahəsində bir sıra uğurlar əldə olunub
Fev 22, 2022 | 10:38 / Konfranslar, iclaslar
Oxunub 1291 dəfə

Gürcüstan ilə Azərbaycan arasında təhsil və elm sahəsində münasibətlər dərinləşdiriləcək. Bu sahədə əməkdaşlığımızın daha da genişləndirilməsi üçün böyük imkanlar var.

AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan ilə qarşılıqlı əməkdaşlıq nəticəsində elm və təhsil sahəsində bir sıra uğurlar əldə olunub. Bu gün iki ölkə arasında təhsil və elm sahəsində əməkdaşlığa dair imzalanmış saziş bizim üçün daha geniş imkanlar açır. İnanıram ki, əməkdaşlığımız daha da dərinləşəcək”, – deyə M.Çxenkeli vurğulayıb.

JURNALLAR
Faydalı linklər