Xəbərlər
Alimlər nefti metana çevirən qəribə mikroorqanizm yetişdirdilər
Fev 21, 2022 | 12:20 / Maraqlı məlumatlar
Oxunub 1247 dəfə

Almaniya və Çindən olan tədqiqatçılar nefti metan və karbon qazına ayıran unikal mikroorqanizmlər yetişdirdilər. Mikroorqanizmlər nefti təbii qaza, yəni metana çevirə bilir. Son vaxtlara qədər hesab edilir di ki, bu çevrilmə yalnız müxtəlif orqanizmlərin bir-biriylə əlaqəsi nəticəsində mümkün ola bilər.

2019-cu ildə Maks Plank Dəniz Mikrobiologiyası İnstitutun əməkdaşları xüsusi bir növ mikroorqanizmin bunu tək başına edə biləcəyini təxmin etdilər. Çindən olan bir qrup əməkdaşlar ilə birlikdə tədqiqatçılar bu mikroorqanizmi laboratoriyada yetişdirməyə nail oludular. Onlar buna Methanoliparia adını verdilər.

Tədqiqatçılar aşkar etdilər ki, genetik quruluş Methanolipariaya unikal qabiliyyətlər verir. Belə ki, onun genlərində müxtəlif karbohidratları aktivləşdirə və parçalaya bilən ferment sxemləri vardır. Üstəlik, metan generatoru üçün tam təchiz olunub.

Mikroorqanizmlər neft emalı zamanı az əhəmiyyət kəsb edən uzun zəncirli doymuş karbohidrogenlərdən enerji çıxarmağa üstünlük verirdilər. Bundan əlavə, onlar aromatik və tsiklik karbohidrogenləri parçalaya bilərlər, bu  bütün digər "yağ  yeyən" mikroorqanizmlər üçün mümkün deyil.

Araşdırma “Nature” jurnalında dərc olunub.

https://www.nanonewsnet.ru/news/2021/uchenye-vyrastili-strannyi-mikroorganizm-kotoryi-prevrashchaet-neft-v-metan

JURNALLAR
Faydalı linklər