Xəbərlər
Kimyaçılar selen və tellurun ilk sendviç komplekslərini aldılar
Fev 15, 2022 | 10:48 / Maraqlı məlumatlar
Oxunub 1568 dəfə

ABŞ-dan olan kimyaçılar ilk dəfə olaraq siklopentadienil liqandları ilə tellur və selenin  yarısendviç komplekslərini  aldılar. Bu birləşmələrin kristal şəklində  davamlı olduğu, lakin məhlulda çox tez parçalandığı aşkar edilmişdir. Bundan əlavə, onlar qeyri-metal və tsiklopentadienil halqası arasında olan  ion əlaqəsi  ilə xarakterizə olunur.

Sendviç komplekslərinin tarixi 1951-ci ildə ferrosenin alınması ilə başladı. Thomas J. Kealy və Peter L. Pauson  naməlum narıncı rəngli birləşmə əldə etmək üçün maqnezium üzvi birləşməsinin C5H5MgBr  dəmir üçxlorid ilə reaksiyasını apardılar. Bir il sonra üç qrup alim bir-birindən xəbərsiz olaraq məqalələr dərc etdi. Məqalədə təsdiq olunurdu ki, alınan birləşmədəki dəmir atomu beş üzvlü iki üzvi halqa arasında yerləşir.

Bu günə qədər kimyaçılar çox sayda tsiklopentadienil metal komplekslərini aldılar. Onlar müxtəlif sənaye sahələrində tədbiq olunur: ferrosen əvvəllər yanacağa stabilləşdirici kimi əlavə olunurdu. Onun törəmələri əczaçılıqda istifadə olunur və platin metallarının bir çox yarım sendviç kompleksləri isə (onlarda yalnız bir karbon halqası metal ilə əlaqələndirilir) effektiv homojen katalizatorlardır.

Lakin kimyanın bu sahəsinin sürətli inkişafına baxmayaraq, sendviç və ya yarı sendviç komplekslərində bilinməyən elementlər də var . 

Suzan Bartın rəhbərliyi altında kimyaçılar selen və tellurun ilk yarım sendviç komplekslərini sintez etməyə başladılar.

İş alimlər tərəfindən Organometallix-də nəşr olunub.

JURNALLAR
Faydalı linklər