Xəbərlər
Magistraturaya qəbul imtahanında iştirak edəcək bakalavrların nəzərinə!
Fev 14, 2022 | 11:50 /
Oxunub 1449 dəfə

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanında iştirak edəcək bakalavrlar "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər

Məlum olduğu kimi, Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına  qəbul imtahanı fevralın 20-də keçiriləcək.

“İmtahana buraxılış vərəqəsi”, “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” (buraxılış vәrәqәsi ilә birlikdә çap edirsiniz, imzalayırsınız vә imtahan zalına daxil olduqda nәzarәtçiyә tәhvil verirsiniz) və "Yaddaş kitabçası"nı çap etmək üçün 

https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=8 linkinə daxil olmaq lazımdır. .

Qeyd edək ki, bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli, “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır. 

 

 

 
JURNALLAR
Faydalı linklər