Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının nəzdində 2303.01- “Qeyri-üzvi kimya” ixtisası üzrə elmi seminarın iclası keçirilmişdir.
Fev 10, 2022 | 14:31 / Konfranslar, iclaslar
Oxunub 2753 dəfə

10 fevral 2022-ci il tarixində AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının nəzdində 2303.01- “Qeyri-üzvi kimya” ixtisası üzrə elmi seminarın iclası keçirilmişdir. Elmi seminarda AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Funksional qeyri-üzvi maddələrin termodinamikası” laboratoriyasının aparıcı elmi işçisi və elmlər doktoru proqramı üzrə dissertantı İmaməliyeva Samirə Zakir qızının “Talliumun nadir torpaq elementləri ilə telluridlərinin və onlar əsasında çoxkomponentli fazaların alınmasının fiziki-kimyəvi əsasları” mövzusunda 2303.01- “Qeyri-üzvi kimya” ixtisası üzrə kimya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işininin müzakirəsi keçirilmişdir. Dissertantın elmi məsləhətcisi AMEA-nın müxbir üzvü, professor Məhəmməd Baba oğlu Babanlıdır.

Dissertasiya işinin təqdimatından sonra rəyçilər k.e.d. D.S.Əjdərova, k.e.d. E.Salahova və k.e.d.Y.Babayevin rəyləri dinlənildi. İclasda iddiaçıya elmi seminar iştirakçıları tərəfindən verilən çoxsaylı suallar onun tərəfindən ətraflı cavablandırılmışdır. Sonra doktorantın dissertasiya işinin müdafiəyə tövsiyə edilməsinə dair elmi seminarın üzvləri tərəfindən gizli səsvermə keçirilmişdir. Səsvermənin müsbət nəticəsinə və rəyçilərin müsbət rəylərinə əsaslanaraq elmi seminar dissertasiya işinin ED 1.15 Dissertasiya şurasına əsas müdafiəyə təqdim edilməsini qərara almışdır.

JURNALLAR
Faydalı linklər