Xəbərlər
Azərbaycanın Milli Süni İntellekt Strategiyası hazırlanacaq
Fev 08, 2022 | 11:49 / Maraqlı məlumatlar
Oxunub 1593 dəfə

Azərbaycanın Milli Süni İntellekt Strategiyası hazırlanacaq.

İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bu istiqamətdə görülən işlər, Dördüncü Sənaye İnqilabı (4Sİ) texnologiyaları üzrə İşçi Qrupun 1-ci iclası zamanı müzakirə predmeti olub. 

Qeyd edək ki, 4Sİ texnologiyaları üzrə İşçi Qrupu 4Sİ texnologiyalarının tətbiqi imkanlarının araşdırılması, normativ-hüquqi bazanın, yol xəritələrinin formalaşdırılması, layihələrin əlaqələndirilməsi, həmçinin bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirmək məqsədilə yaradılıb.

İşçi Qrupuna 22 dövlət qurumunun nümayəndələri daxildir və fəaliyyətinin əlaqələndirilməsi Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinə həvalə olunub.

JURNALLAR
Faydalı linklər