Xəbərlər
Foto
M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun dissertantının dissertasiya işininin ilkin müzakirəsi keçirilmişdir.
Fev 04, 2022 | 14:10 / Konfranslar, iclaslar
Oxunub 2941 dəfə

AMEA akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “Xüsusi karantin rejimi dövründə dissertasiya işlərinin müzakirələrinin təşkili və keçirilməsi”nə dair tələblərə uyğun olaraq əyani formada iclas keçirilmişdir. İclasda AMEA akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun sabiq doktorantı Məhərrəmova Lalə Gülbala qızının 2316.01 – “Kinetika və kataliz” ixtisasında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi“ Metanolun dimetoksimetana çevrilməsi üçün V, Zr əsasli katalizatorlarin işlənməsi” mövzusunda dissertasiya işininin ilkin müzakirəsi keçirilmişdir. İlk öncə dissertasiya haqqında iddiaçı geniş məlumat verdi. Sonra dissertasiya işi haqqında təyin olunmuş rəyçilər k.ü.e.d. Zenfira Ağayeva və k.ü.f.d. Gülmirə Əlizadə öz fikirlərini bildirdilər. İddiaçıya iştirakçılar tərəfindən verilən çoxsaylı suallar onun tərəfindən cavablandırıldı və geniş müzakirədən sonra dissertasiya işinin ED1.15 Dissertasiya Şurasının nəzdində fəaliyyət göstərən Elmi Seminara təqdim edilməsi haqqında yekdilliklə qərar qəbul edildi.

JURNALLAR
Faydalı linklər