Xəbərlər
Foto
Elmi Şurada hesabatların dinlənilməsi başa çatdı
Noy 28, 2016 | 12:50 / Konfranslar, iclaslar
Oxunub 7661 dəfə

Bu gün Elmi Şuranın genişləndirilmiş iclasında  İnstitutun şöbə və laboratoriyalar üzrə elmi və elmi - təşkilati hesabatların dinlənilməsi davam etmişdir. İclası İnstitutun direktoru,  AMEA Kimya  Elmləri  Bölməsinin akademik katibi, akademik Dilqəm Tağıyev açaraq bildirdi ki, bu gün “Sorbsiya prosesləri ”, “ Kimyəvi və ekoloji proseslərin modelləşdirilməsi və texnologiyası”, “Elmi –informasiya və patent tədqiqatları”, “Fiziki-kimyəvi analiz”, “Beynəlxalq əlaqələr, qrant layihələri və innovasiya”, “Elmi nəşrlər”, “Təhsil” şöbələrinin hesabatları dinləniləcək. Sonra müvafiq şöbələr üzrə laboratoriya və şöbə rəhbərləri 2016- cı il üzrə apardıqları elmi-tədqiqat işləri, əldə olunan nəticələr, çap olunan işlər haqqında məruzə etdilər. Məruzələr ətrafında geniş müzakirələr aparıldı. Müzakirələrin  gedişində  akademik  Dilqəm Tağıyev  laboratoriya və şöbə rəhbərlərinə tapşırıqlarını verdi. Sonda  hesabatların qəbul olunması haqqında qərar qəbul edildi. Bununlada Elmi Şurada  2016-cı il üzrə İnstitutun şöbə və laboratoriyalarının elmi və elmi - təşkilati hesabatlarının dinlənilməsi başa çatdı. 

JURNALLAR
Faydalı linklər