Xəbərlər
Foto
M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun, Azərbaycan Tibb Universitetinin dəstəyi və Azərbaycan Kimya Cəmiyyətinin (Azerbaijan Chemical Society) təşkilatçılığı ilə vebinar keçirilmişdir.
Yan 27, 2022 | 16:00 / Konfranslar, iclaslar
Oxunub 2489 dəfə

26 yanvar 2022-ci il tarixində M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun, Azərbaycan Tibb Universitetinin dəstəyi və Azərbaycan Kimya Cəmiyyətinin (Azerbaijan Chemical Society) təşkilatçılığı ilə “Nanokimya və İnsan Orqanizmində Nanohissəciklərin Müasir Üsullarla Təyini” mövzusunda növbəti vebinar uğurla keçirilmişdir. Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elmir Babayevin moderatorluğu ilə keçən tədbirin spikeri Azərbaycan Tibb Universitetinin müəllimi Dr. Bədəlova Kəmalə olmuşdur. K.Bədəlova qeyd olunan mövzuda maraqlı təqdimatı auditoriyanın diqqətinə çatdırmışdır. Kəmalə xanım nanokimyanın insan orqanizminə təsiri, həmçinin nanohissəciklərin müasir üsullarla təyini mövzusuna toxunmuş, həmçinin skan elektron mikroskopiyası (SEM), transmission elektron mikroskopiyası (TEM), eyni zamanda İCP-MS cihazı haqqında da iştirakçılara geniş məlumat vermişdir.
Sonda E.Babayev K.Bədəlova və vebinarda iştirak edən bütün iştirakçılara aktiv iştiraklarına və elmi müzakirələrinə görə təşəkkür etdi.
Qeyd edək ki, İnstitutumuzun birgə təşkilatçılığı ilə vebinarlarımız növbəti aylarda da davam edəcəkdir

JURNALLAR
Faydalı linklər