Xəbərlər
Kiçik və böyük karbonu, tutaq!
Yan 27, 2022 | 14:24 / Maraqlı məlumatlar
Oxunub 1363 dəfə

Əgər indi yeddi milyard yarım insan planet də yaşayırsa BMT-nin proqnozlarına görə, 2050-ci ilə qədər bu rəqəm 10 milyarda qədər çatacaq. Bununla yanaşı, insanların rifah səviyyəsi də tədricən yüksələcək ki, bu da yaxın onilliklərdə dünya enerji tələbatının 40-50% artmasına səbəb olacaq.

Çox güman ki, neft, kömür və qaz uzun illər ərzində ən mühüm enerji mənbələri olaraq qalacaq. Lakin onların yanması nəticəsində istixana qazları əmələ gəlir ki, bu da ekoloji vəziyyətə mənfi təsir göstərir. Buna görə də, karbon tutma və saxlama texnologiyalarının tətbiqi məsələsi iqlim dəyişikliyi kontekstində çox aktualdır. Karbon qazı təkrar emal  olunaraq   kənd təsərrüfatı, sənaye və enerji sektorlarında istifadə edilə bilər.

Karbon tutma və saxlama texnologiyası. (CTS) demək olar ki, istənilən sənaye fəaliyyət zəmanı əmələ gələn karbon qazının buraxılması, tutulması, daşınması və saxlanmasını əhatə edən mürəkkəb bir prosesdir. Texnologiya karbon qazının tutulmasından və dərin geoloji formasiyalar da saxlanmasından ibarətdir. Bu, onun atmosferə daxil olmasına mane olur. Qaz yeraltına  800 metr dərinliyə və ya mövcud neft yataqlarına doldurula bilər ki, bu eyni zamanda hasilatın səviyyəsini artırar.

Karbon qazının tutulması üçün  sənaye  qurğuları hazırda çox bahadır. Ona görə də bu texnologiyanın ekoloji vəziyyətin yaxşılaşdırılmasında mühüm rol oynaması üçün onu iqtisadi cəhətdən məqsədəuyğun etmək lazımdır. Qurğuların  işlədilməsi və istifadəsi xərclərini ən azı atmosferə karbon qazının uzunmüddətli  atılmasının dəyəri səviyyəsinə çatdırmaq lazımdır.

Enerji siyasəti üzrə müstəqil məsləhətçi "VYGON Consulting"in nümayəndələrinin fikrincə, böyük həcmdə təbii anbarlara malik Rusiya CTS texnologiyalarından istifadə etməklə öz karbon izini iki dəfə azalda bilər. İndi Rusiyada belə bir sənaye layihəsi yoxdur, lakin inkişaf etmiş neft sənayesi və karbon qazının saxlanması üçün böyük potensial, istehsalatda CTS texnologiyalarının ortaya çıxmasının xeyrinə ciddi arqumentlərdir.

https://www.nanonewsnet.ru/news/2021/lovis-uglerod-mal-velik

JURNALLAR
Faydalı linklər