Xəbərlər
Foto
Gənclər və İdman Naziri Fərid Qayıbov gənclər təşkilatlarının nümayəndələri ilə görüş keçirmişdir.
Yan 26, 2022 | 16:00 / Görüşlər
Oxunub 2706 dəfə

Tədbirdə çıxış edən AMEA-nın və Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Gənc alim və mütəxəsislər şurasının sədri Elmir Babayev şuranın yaranma tarixi və fəaliyyət istiqamətləri barəsində məlumat vermişdir. O qeyd etmişdir ki, Şura Prezident İlham Əliyevin imzaladığı 2017-2021-ci il dövlət proqramı əsasında, eləcə də ölkə başçısının fərmanları və sərəncamları, Nazirlər Kabinetinin qərarları və sərəncamları, AMEA-nın nizamnaməsi, Rəyasət Heyətinin qərarları və şuranın öz nizamnaməsinə uyğun qurulan fəaliyyətlərini diqqətə çatdırmışdır. Eyni zamanda natiq çıxışında Gənclər və İdman Nazirliyi və AMEA Gənc Mütəxəsislər Şurasının birgə həyata keçirdiyi layihələrə diqqət çəkmişdir. O dünya və avropa gənc alimlərinin iştirakı ilə Azərbaycanda baş tutan beynəlxalq form və konfransların birgə təşkilində, çox sayda AMEA mənsubu gəncin beynəlxalq elmi mərkəzlərdə təlim, konfrans və sinpoziumlarda iştirak xərclərinin Gənclər və İdman Nazirliyi tərəfindən  qarşılanmasında göstərilən dəstəkləri vurğulamışdır.  Hər il 2 fevral gənclər günü münasibəti ilə Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırılan gənclər arasında AMEA-nın gənc alimlərinin yer alması qeyd olmuşdur. Daha sonra Elmir Babayev çıxışında  Gənclər və İdman Nazirliyi ilə birgə görüləcək yeni layihələr barədə təkliflər səsləndirmişdir.

Sonra digər natiqlərin çıxışları dinlənilmişdir və Nazirin sualları cavablandırılmışdır.

JURNALLAR
Faydalı linklər