Xəbərlər
Foto
AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının nəzdində 2303.01- “Qeyri-üzvi kimya” ixtisası üzrə elmi seminarın iclası keçirilmişdir.
Yan 14, 2022 | 10:00 / Konfranslar, iclaslar
Oxunub 2680 dəfə

13.01.2022-ci il tarixində AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının nəzdində 2303.01- “Qeyri-üzvi kimya” ixtisası üzrə elmi seminarın iclası keçirilmişdir. Elmi seminarda AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Funksional qeyri-üzvi maddələrin termodinamikası” laboratoriyası dissertantı Əhmədov Elvin Cavanşir oğlunun “Sb2Te3+2BiI3↔Bi2Te3+SbI3 və Bi2S3−BiI3−Bi2Te3 sistemlərində faza tarazlıqları, aralıq fazaların fiziki-kimyəvi xassələri” mövzusunda 2303.01- “Qeyri-üzvi kimya” ixtisası üzrə kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işininin müzakirəsi keçirilmişdir. Dissertantın elmi rəhbəri AMEA-nın müxbir üzvü, professor Məhəmməd Baba oğlu Babanlıdır.

Dissertasiya işinin təqdimatından və rəyçilər k.e.d. N.Yaqubov və k.ü.f.d. Q.Cəfərovun çıxışlarından sonra iddiaçıya iştirakçılar tərəfindən verilən çoxsaylı suallar onun tərəfindən ətraflı cavablandırılmışdır. Sonra doktorantın dissertasiya işinin müdafiəyə tövsiyə edilməsinə dair elmi seminarın üzvləri tərəfindən gizli səsvermə keçirilmişdir. Səsvermənin müsbət nəticəsinə və rəyçilərin müsbət rəylərinə əsaslanaraq elmi seminar dissertasiya işinin ED 1.15 Dissertasiya şurasına əsas müdafiəyə təqdim edilməsini qərara almışdır.

JURNALLAR
Faydalı linklər