
Yan 12, 2022 | 15:08 / Nəşrlər
Kataliz və Qeyri-üzvi Kimya Institutunun əməkdaşları A.A.Heydərov, G.I.Alişanlı, və Z.Ə.Cabbarovanın İmpakt Faktorlu “Russian Metallurgy (Metally)” Jurnalında «Kinetic laws of the removal of silica from an alkaline solution of sodium aluminate» adlı məqaləsi dərc olunmuşdur.
Alüminiumtərkibli xammaldan (boksit, alunit) alüminium oksidini istehsal edərkən, natrium alüminat məhlullarında silisiumun qatılığını müəyyən səviyyədə saxlamaq vacibdir. Laylı binar hidroksidlərdən olan sulfatlı hidrokalumit (AFm-SO4) yüksək silisiumsuzlaşdırma qabiliyyətinə malik adsorbentlərdən sayılır. Tədqiqatlar zamanı silisiumsuzlaşmaya təsir edən əsas amillərin zaman, temperatur, vaxt, silisiumun ilkin qatılığı və hidrokalumitin sərfiyyatının olduğu müəyyənləşmişdir. Adsorbent laboratoriya şəraitində sintez edilmiş, individuallığı rentgen faza və SEM/EDS analizləri vasitəsiylə təsdiqlənmişdir. Müəyyən edilmişdir ki, silisiumsuzlaşdırma reaksiyası birtərtibli olub, aktivləşmə enerjisinin qiyməti 333-363 K temperaturda 74.36 kC/moldur.