Xəbərlər
İsveç alimləri ağac tullantılarından plastikin əvəzedicisini yaradıblar
Yan 12, 2022 | 11:12 / Maraqlı məlumatlar
Oxunub 1380 dəfə

İsveç alimləri ağac tullantıları  liqninin əsasında  reaktoplast  funksiyasına malik material yaratdılar.

Liqnin bitkilərin, o cümlədən ağacların hüceyrə divarlarını əmələ gətirən üzvi polimerdir. O, sellüloz sənayesinin yan məhsuludur və yeni növ akkumulyatorların, karbon  plastikin və betonun istehsalında istifadə olunur. 

Stokholm Universitetinin tədqiqatçıları liqnini etilen qlikoldan əldə edilən toksiki olmayan və heç bir əlavə işləmə olmadan kimyəvi maddələrlə birləşdirdilər və nəticədə xassələri termoreaktiv plastikə bənzər material əldə etdilər. Yaranan maddə müxtəlif formalarda ola bilər və onu injeksion qəlibləmənin ənənəvi tökmə texnologiyasında  tədbiq etmək olar. Materialda ligninin nisbətlərini dəyişdirərək, onun xassələrini  tənzimləmək mümkündür. Yumşaq və möhkəm, sərt və kövrək ola bilər və ya hətta etibarlı yapışqan formasını ala bilir.

Onu başlanğıc vəziyyətinə qaytarmaq üçün onu bir qədər qızdırmaq lazımdır, bu zaman o sərt və yumşaq plastiki əvəz edə bilər.

Bütün bu hallarda, maddə temperaturun təsiri ilə başlanğıc vəziyyətinə qaytarıla və yenidən istifadə edilə bilər. Bu zaman, material mövcud reaktoplastlarla müqayisədə mexaniki davamlılığını saxlayır.

https://www.nanonewsnet.ru/news/2021/iz-otkhodov-drevesiny-shvedskie-uchenye-sozdali-zamenu-plastiku

JURNALLAR
Faydalı linklər