Xəbərlər
Alimlər çox kövrək olmayan almazlar yaratmağı öyrəniblər
Yan 11, 2022 | 10:32 / Maraqlı məlumatlar
Oxunub 1404 dəfə

Fullerenlər yaxından nizama salınan –həmişəki kimi kövrək olmayan almaz kristal şəbəkəsini sintez etməyə kömək etdi. Almaz təbiətdəki ən bərk mineraldır. Bununla belə,o çox kövrəkdir: almaz şüşə və ya poladda asanlıqla cızdıqda iz buraxa bilir, lakin onu güclü bir zərbə ilə qırmaq asandır. Çin və ABŞ-dan olan bir qrup alimlər bərkliyini itirmədən almazın daha az kövrək olması üçün yaxın və orta məsafələrdə nizamlı olan struktur əldə etmək qərarına gəldilər. Belə strukturlar parakristallik adlanırlar.

Onları əldə etmək üçün Corc Meyson Universitetindən (ABŞ) Hovard Şen və onun həmmüəllifləri süni almazın yaradılmasının ənənəvi üsulunu dəyişdirdilər. Belə ki, süni almaz  adətən çox yüksək temperaturda, çox sıxılmaya məruz qalan karbondan hazırlanır. Onlar hazır kristalı uzaq məsafəli nizamdan məhrum etmək, lakin qısa məsafəli nizamı qorumaq məqsədi ilə yekun "reseptə" fullerenləri əlavə etdilər. Fullerinlər  karbon çoxüzlülərindən ibarət olan boş kürə formasında mürəkkəb üzvi molekullardır.

İlkin materialları 900-1300° C-yə qədər qızdırıldı və 27-30 giqapaskala qədər təzyiqə məruz qaldı (müqayisə üçün, standart atmosfer təzyiqi 100 kilopaskaldır - on minlərlə dəfə aşağıdır). Məlum olub ki, belə şəraitdə fulleren mikrosferləri partlayan toplar kimi dağılaraq mineralın strukturuna daxil olur. Bu, kristal qəfəsdə uzunmüddətli nizamın zəifləməsinə gətirib çıxarır və onu daha az kövrək edir.

Qeyd edək ki, yeni üsul üçün tələb olunan təzyiq və temperatur səviyyələri süni almaz yaratmaq üçün tələb olunandan daha aşağıdır. Lakin bu yaxınlarda alimlər onları otaq temperaturunda da almağı öyrəndilər.

Onlar bu barədə “Nature” jurnalında dərc olunan yeni məqalədə yazırlar.

JURNALLAR
Faydalı linklər