Xəbərlər
Moskva Dövlət Universitetinin kimyaçıları kosmosda üzvi molekulların əmələ gəlməsinin mümkün mexanizmini izah etdilər.
Yan 10, 2022 | 11:55 / Maraqlı məlumatlar
Oxunub 1394 dəfə

Moskva Dövlət Universitetinin Kimya fakültəsinin Elektrokimya kafedrasının Yüksək Enerji Kimyası Laboratoriyasının əməkdaşları çox aşağı temperaturda daha sadə molekulların komplekslərindən benzol, asetonitril və digər üzvi molekulların bir mərhələli şüalanma nəticəsində əmələ gəlməsini sübut etdilər. Tədqiqat Kainatın kimyəvi tarixini anlamaq üçün vacib olan kosmik mühitdə üzvi birləşmələrin əmələ gəlmə mexanizmi ilə bağlı suala cavab verir.

Astrokimyəvi reaksiyaların mexanizmlərini öyrənməklə yanaşı, yeni yanaşma aşağı temperaturda üzvi sintez reaksiyalarının mexanizmlərini təyin etmək , həmçinin materialların radiasiyaya davamlılığını proqnozlaşdırmaq üçün istifadə edilə bilər. Gələcəkdə müəlliflər daha mürəkkəb üzvi molekulların: aromatik polizsikllərin, heterotsikllərin və amin turşularının əmələ gəlməsi mexanizmini öyrənməyi planlaşdırırlar. Amin turşularının əmələ gəlməsi mexanizminin müəyyən edilməsi xirallıq problemini – (biosferdə bioloji aktiv molekulların müəyyən izomerlərinin üstünlüyü ) həll etməyə kömək edə bilər.

İşlər Radiation Physics and Chemistry, Physical Chemistry Chemical Physics və Monhly Notices of the Royal Astronomical Society jurnallarında dərc olunub.

https://www.msu.ru/science/main_themes/khimiki-mgu-rasshifrovali-vozmozhnyy-mekhanizm-obrazovaniya-organicheskikh-molekul-v-kosmose.html

JURNALLAR
Faydalı linklər