Xəbərlər
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda dissertasiya işlərinin müzakirəsi keçirilmişdir.
Dek 30, 2021 | 19:00 / Konfranslar, iclaslar
Oxunub 1421 dəfə

30.12.2021-ci il tarixində AMEA akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının Zoom Meetings platformasında iclası keçirilmişdir. İclasda müdafiə şurasının 11 üzvü (distant və əyani formada) iştirak etmişdir. İclasda 2303.01 – "Qeyri-üzvi kimya" və 2316.01 “Kimyəvi kinetika və kataliz” ixtisaslarında kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün İnstitutun doktorantları Fidan Samir qızı İbrahimovanın “Ag-AIV (Ge, Sn, Pd)-Se və Ag-Pb-Te sistemlərində faza tarazlıqlarının termodinamikası və 3D modelləşdirilməsi” və Vüsal Şəfahət oğlu Ağayevin “Toluolun benzola və ksilollara dismutasiyasi reaksiyasi üçün modifikasiya edilmiş seolit əsasında katalizatorun seçilməsi, kinetika və mexanizmin öyrənilməsi” mövzularında dissertasiya işlərinin müzakirəsi keçirilmişdir. İddiaçılar dissertasiya işinin qısa məzmunu, onun aktuallığı, elmi yeniliyi, praktiki əhəmiyyəti haqqında məruzə ilə çıxış etdilər. Sonra dissertasiya işlərinə təyin edilmiş opponentlər işlər haqqında geniş məlumat verdilər. Dissertasiya işlərinin avtoreferatına gələn rəylər haqqında iclas iştirakçılarına məlumat verildi. Sonra Fidan İbrahimovanın elmi rəhbəri professor Asif Məmmədov və Vüsal Ağayevin elmi məsləhətçisi akademik Ağadadaş Əliyev çıxış etdilər. Şura üzvlərinin geniş müzakirəsindən sonra gizli (elektron) səsvermə keçirildi və nəticələr Şuranın sədri akademik Dilqəm Tağıyev tərəfindən elan edildi.

JURNALLAR
Faydalı linklər