Xəbərlər
Alim qadınlar içməli suda dərman tapmaq üçün sadə metod yaratdılar
Yan 05, 2022 | 10:11 / Maraqlı məlumatlar
Oxunub 1330 dəfə

Yohannesburq Universitetinin tədqiqatçıları çirkab suların və çayların monitorinqi üçün metod hazırladılar. Onlar HİV və QİÇS-in müalicəsində istifadə olunan yek iki antiretrovirus dərmanı aşkar etdilər. Bu tədqiqatlar təmizlənmiş çirkab sularında və çaylarda nevirapin (NVP) və zidovudin (AZT) üçün normativ hazırlamağa kömək edə bilər.

Böyük şəhərlərdə yaşayan insanlar çayın yuxarı axarının çirklənməsinin onlara təsir etmədiyini düşünürlər. Çirkab suyunu təmizləyən  qurğular isə krandan gələn sudan ağır metalları, bakteriyaları, virusları çıxararaq onları qoruyur. Lakin, böyük şəhərlərdə kran suyu çox hallarda axından yuxarıda yerləşən çaylardan gəlir. Demək olar ki, bütün çirkab su təmizləyici qurğularda təmizlənməyən başqa bir çirklənmə növü var - Bu insanların yuxarı axında istifadə etdiyi dərmanlardır.

Əczaçılıq məhsulları yeni üzvi çirkləndiricilər hesab olunur. Belə ki, əksər əczaçılıq məhsulları olan dərman bazarı heç bir şəkildə tənzimlənmir. Ona görə də, ətraf mühitə atılmadan əvvəl tullantı sularında onların nə qədər olmasına dair heç bir məhdudiyyət  qoyulmayıb. 

Bu barədə Environmental Nanotechnology Monitoring & Management jurnalında dərc edilmiş  məqalədə deyilir.

JURNALLAR
Faydalı linklər