Xəbərlər
AMEA-nın akademiki Dilqəm Tağıyevin, k.e.d. Elza Salahovanın və b. yüksək impakt faktorlu (4.11) “International Journal Of Engineering Sciences & Research Technology” jurnalında məqaləsi dərc olunmuşdur
Noy 21, 2016 | 11:07 / Mühüm hadisələr
Oxunub 5081 dəfə

“The electrochemical method for obtaining thin covering of chalcogenides rhenium” məqaləsində renium xalkogenidlərinin müxtəlif elektrolitlərdən birgə elektrolitik çökdürülməsinin qanunauyğunluqları, eyni zamanda yarımkeçirici xassəyə malik olan renium xalkogenid örtüklərinin sintez üsullarının yeni nəticələri verilmişdir. Elektrolit kimi tərkibində müxtəlif qatılıqda renium və xalkogen olan (S, Se, Te) sulfat, tiosulfat, xlorid-sulfat, xlorid-borat və qələvi məhlullarından istifadə edilmişdir. İşdə göstərilmişdir ki, birgə çökmə prosesi depolyarizasiya ilə müşahidə olunur ki, bu da kimyəvi birləşmənin və ya həmin birləşmələr əsasında bərk məhlulun əmələ gəlməsini və eyni zamanda katodda stexiometrik tərkibə malik kimyəvi birləşmənin əmələ gəlməsi potensial sahəsi təyin edilmişdir.  

E.Salakhova, D.Tagiyev, K Ibrahimova, P.Kalantarova “The electrochemical method for obtaining  thin covering of chalcogenides rhenium” IJESRT 5(10), 2016, p. 390-399

JURNALLAR
Faydalı linklər