Xəbərlər
Foto
Kataliz və Qeyri üzvi Kimya İnstitutunun dissertantının Makromolekullar kimyası ixtisası üzrə dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir.
Dek 24, 2021 | 16:20 / Konfranslar, iclaslar
Oxunub 2883 dəfə

24 dekabr 2021-ci il tarixində saat 11:00-də AMEA-nın akad. M.Nağıyev adına Kataliz və Qeyri üzvi Kimya İnstitutunun dissertantı Həsənova Mirvari Xaliq qızının 2304.01 – Makromolekullar kimyası ixtisası üzrə «Bioloji aktiv birləşmələrin immobilizasiyası üçün modifikasiya olunmuş azot və oksigen tərkibli polimer nanogellərin sintezi və tədqiqi» mövzusunda kimya üzrəfəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi keçirilmişdir. Müzakirədə institutun bir neçə laboratoriyasının uyğun ixtisasçıları iştirak etmişlər.

Elmi məsləhətçi:   akademik D.B.Tağıyev

Elmi rəhbər:          k.e.d  N.A. Zeynalov

Dissertasiya işinin təqdimatından və rəyçilər k.ü.f.d. E.Y.Məlikov və k.ü.f.d. G.N.Quliyevanın çıxışlarından sonra iddiaçıya iştirakçılar tərəfindən verilən çoxsaylı suallar onun tərəfindən cavablandırılmışdır.

Sonda dissertant  Həsənova Mirvari Xaliq qızının dissertasiya işinin elmi seminara təqdim edilməsi qərara alınmışdır.

JURNALLAR
Faydalı linklər