Xəbərlər
KİMYA ELMLƏRİ ÜZRƏ PROBLEM ŞURASININ növbəti iclası keçirilmişdir.
Dek 22, 2021 | 16:00 / Konfranslar, iclaslar
Oxunub 1820 dəfə

Dekabrın 22-də akad. M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Azərbaycan Respublikasi Elmi Tədqiqatlarin Əlaqələndirilməsi Şurası nəzdində Kimya Elmləri üzrə Problem Şurasının növbəti - 11-ci iclası keçirilmişdir. İclası Kimya Elmləri üzrə Problem Şurasının sədr müavini, k.e.d., professor Akif Əliyev açaraq hazırda dissertasiya mövzularının aktuallığı, dissertasiyaların adlarının onun məzmununu tam əks etdirməsi məsələləri haqqında məlumatlar verdi. O cümlədən, təklif etdi ki, yeni doktorant və ya dissertantların dissertasiya mövzularının adlarının tədqiqat işi bitdikdən sonra təsdiqə təqdim edilməsi daha məqsədəuyğundur. Çünki tədqiqatın gedişindən asılı olaraq bəzən nəticələr müxtəlif olur, mövzunun adı bu zaman nəticə və ya ixtisasla uzlaşmır.

İclasda 2307.01- Fiziki kimya, 2304.01- Makromolekullar kimyası, 2318.01- Kompozit materialların kimyası və texnologiyası, 2391.01- Ekoloji kimya və 2391.01- Nüvə kimyası ixtisasları üzrə 8 dissertasiya mövzusu ətraflı müzakirə edildi. Sonda onlardan 7-i redaktə olunaraq Kimya elmləri üzrə Problem Şurasında təsdiq üçün qəbul edildi. Bir dissertasiya mövzusu isə adının dəyişdirilməsi və korrektə olunması məqsədilə müraciət edən təşkilatın Elmi şurasında yenidən müzakirə olunmağa tövsiyyə edildi.

JURNALLAR
Faydalı linklər