Xəbərlər
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimlərinin "Физические методы в химии" adlı kitabı işıq üzü görüb
Dek 17, 2021 | 15:21 / Nəşrlər
Oxunub 1711 dəfə

Akademik Əjdər Məcidovun və akademik Dilqəm Tağıyevin "Физические методы в химии" adlı kitabı çap olunmuşdur. Kitabda elektromaqnit şkalasına uyğun olaraq elektromaqnit şüalanmasının istifadə olunan dalğa uzunluğunu azaltmaq üçün təqdim olunan kimyəvi birləşmələrin müxtəlif fiziki üsullarla öyrənilməsi təqdim olunub. Qısa formada verilən digər üsullarla yanaşı, UB və İQ spektroskopiya, həmçinin EPR və NMR radiospektrometriya üsulları daha ətraflı təsvir edilmişdir. Kitabdan yuxarı kurs tələbələri, bakalavrlar, aspirantlar və tədqiqatçılar istifadə edə bilərlər. 

"Физические методы в химии", А.А.Меджидов, Д.Б.Тагиев, Баку-Элм-2021, стр 195.

 

JURNALLAR
Faydalı linklər