Xəbərlər
AMEA-nın doktorantura və dissertanturasında ixtisas fənni üzrə imtahanlar keçirilir
Dek 17, 2021 | 13:14 / Konfranslar, iclaslar
Oxunub 1836 dəfə

Azərbaycan Milli Elmlər Akademiyası prezidentinin 1 dekabr 2021-ci il tarixli “Qış imtahan sessiyasının keçirilməsi haqqında” sərəncamına əsasən AMEA-da 7-27 dekabr 2021-ci il tarixlərində qış imtahan sessiyası çərçivəsində ixtisas fənni üzrə doktorluq imtahanları keçirilir. İmtahanların AMEA-nın 25 elmi müəssisəsində təşkil edilməsi nəzərdə tutulub.    

Xarici dillər və Azərbaycan dili (əcnəbi vətəndaşlar üçün) fənlərindən doktorluq imtahanları 19 və 20 dekabr 2021-ci il tarixlərində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək.

AMEA-nın müvafiq elmi müəssisələrində imtahan komissiyası üzvlərinin və AMEA Rəyasət Heyəti aparatı Təhsil şöbəsinin Doktorantura sektorunun əməkdaşlarının müşahidəçi qismində iştirakı ilə təşkil edilən ixtisas imtahanlarının şəffaf və mövcud qaydalara uyğun keçirilməsi üçün bütün lazımi tədbirlər həyata keçirilir.

https://science.gov.az/az/news/open/19223

JURNALLAR
Faydalı linklər