Xəbərlər
Rusiya alimləri almaz hasilatı və sintezində enerji sərfiyyatını müqayisə ediblər
Dek 16, 2021 | 10:52 / Maraqlı məlumatlar
Oxunub 1446 dəfə

Ali İqtisadiyyat Məktəbinin, Rusiya Elmlər Akademiyasının və Skoltech-in alimləri ənənəvi (mədən) və innovativ (sintez) üsullardan istifadə etməklə almaz istehsalında faktiki xüsusi enerji sərfiyyatını hesablayıblar.

“Yuxarıda göstərilən iki sintez texnologiyasına əlavə olaraq, laboratoriya şəraitində almaz istehsalının ən azı daha iki üsulu var - detonasiya və kavitasiya.

Texnologiyadan asılı olaraq, bir karat almazın istehsalı üçün 36-215 kVt/saat enerji tələb olunur. Məlum oldu ki, bütün almaz sintez texnologiyaları enerji səmərəliliyi baxımından almaz hasilatından üstün deyil.

Almaz istehsalında enerji xərcləri ümumi istehsalın səmərəliliyinin göstəricisi kimi çıxış edir: onlar nə qədər aşağı olarsa, birbaşa və dolayı xüsusi ekoloji yük bir o qədər az olar.

Tədqiqatçılar hesab edirlər ki, almaz istehsalının həm mədən, həm də  sintez  üsulları enerji səmərəliliyini artırmaq üçün əhəmiyyətli potensiala malikdirlər   və bu, son nəticədə sənayeyə müsbət təsir göstərəcəkdir. Tədqiqatın nəticələri həm almaz istehsalçıları, həm də alınmış məhsulların ekoloji aspekti ilə maraqlanan son istifadəçilər üçün faydalı ola bilər.

Tədqiqatın nəticələri "Energies" jurnalında dərc olunub.

JURNALLAR
Faydalı linklər