Xəbərlər
Kimyaçılar gəmidə okean plastik tullantılarının təkrar emalının səmərəliliyini hesabladılar
Dek 15, 2021 | 11:53 / Maraqlı məlumatlar
Oxunub 1457 dəfə

Kimyaçılar müəyyən etdilər ki, zibil yığan gəmilərinin təkrar emal edilmiş plastik yanacaqda avtonom işləməsi plastik tullantıları sahilə daşımaqdan daha sərfəlidir. Kompüter modelləşdirmənin verdiyi məlumata görə, toplanan plastikdən hidrotermal mayeləşdirmənin köməyilə  gəminin ehtiyacından təxminən altı dəfə çox yanacaq istehsal edilə bilər.

Açıq okeandan plastikin çıxarılmasına müasir yanaşma gəminin və bon maneyələrindən ibarət xüsusi  konstruksiyalarının istifadəsini nəzərdə tutur. Toplanmış plastik gəminin   zibili  boşaltmaq, yanacaqı  doldurmaq və ehtiyat  qida məhsullarını artırmaq  üçün limana qayıdana qədər gəmidə saxlanılır. Bu üsulla Sakit Okean bölgəsindən plastikin tamamilə  təmizlənməsi üçün 50 ildən 130 ilə qədər  iş aparılacağı təxmin edilir, illik xərclər 36,2 milyon dollardır. 

Alternativ olaraq zibilləri birbaşa gəminin göyərtəsində emal etmək olardı. Karbohidrogen yanacağının istehlakını azaltmaqla plastikdən enerji əldə edilə bilər. Məsələn, hidrotermal mayeləşdirmədən  (HTL) istifadə etməklə. Bu cür yanaşma zamanı  plastik yüksək temperaturda (300-dən   550 0 C-yə qədər ) və yüksək təzyiqdə (250- dən  300 atmosferə qədər) depolimerizasiya edilir.

Alimlərin tədqiqatlarının nəticələri Proceedings of the National Academy of Sciences jurnalında dərc olunub.

https://www.nanonewsnet.ru/news/2021/khimiki-otsenili-effektivnost-pererabotki-okeanskogo-plastikovogo-musora-na-bortu-korablya

JURNALLAR
Faydalı linklər