Xəbərlər
Foto
AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun və Azərbaycan Kimya Cəmiyyətinin (Azerbaijan Chemical Society) birgə təşkilatçılığı ilə “Davamlı İnkişaf və Ekologiya” mövzusunda vebinar keçirilib.
Dek 13, 2021 | 11:08 / Konfranslar, iclaslar
Oxunub 2460 dəfə

Tədbirdə əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Vebinar Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri k.ü.f.d. Elmir Babayevin moderatorluğu ilə keçirilmişdir. E.Babayev Heydər Əliyevin ekoloji siyasətinə dair ilk sənəd - Dayanıqlı inkişaf prinsiplərinə əsaslanan Azərbaycan Respublikasının ekoloji Konsepsiyası barədə məlumat vermişdir. O, konsepsiyada yer alan və respublikamızda ətraf mühitin mühafizəsi baxımından üstün əhəmiyyətli olan problemlərin həlli üzrə əsas prinsiplərdən bəhs etmişdir. Daha sonra söz tədbirin qonaq məruzəçisi Almaniyanın “Helmholtz Munich” elmi-tədqiqat mərkəzinin əməkdaşı Dr. Gülçin Abbaszadəyə verilmişdir. G.Abbaszadə çıxışının əvvəlində Almaniyada çalışdığı mərkəz haqqında məlumat vermiş, daha sonra qlobal davamlılıq, iqlim dəyişikliyi, plastik tullantılar mövzusu ətrafında çıxış etmişdir. Məruzəçi, ekoloji problemləri və həmin problemlərin səbəb ola biləcəyi fəlakətləri xüsusi vurğulamış, hər bir kəsin bu mövzuya həssas yanaşmalı olduğunu və üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməli olduğunu bildirmişdir. Tədbirin sonunda məruzəçi ilə iştirakçılar arasında müxtəlif suallar ətrafında maraqlı dialoqlar baş tutmuşdur. 

Qeyd edək ki, AMEA-nın Kimya Elmləri Bölməsinə daxil olan Kimya İnstitutlarının və ölkənin müxtəlif elm-təhsil ocaqlarından gənc alim, tədqiqatçı, tələbə və hətta məktəbli həmvətənlərimiz iştirakı ilə keçirilən tədbir Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutmuşdur.

JURNALLAR
Faydalı linklər