Xəbərlər
Foto
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda ümumimilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Ulu öndər Heydər Əliyevin gənclik, təhsil və elm ənənələri” adlı tədbir keçirilmişdir.
Dek 10, 2021 | 13:43 / Konfranslar, iclaslar
Oxunub 2706 dəfə

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə keçirilən tədbir Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Tədbiri giriş sözü ilə açan Şuranın sədri k.ü.f.d. Elmir Babayev qeyd etdi ki, Heydər Əliyev şəxsiyyəti Azərbaycan tarixində, milli-siyasi təfəkkürümüzdə, dövlətçilik şüurumuzda böyük məna yükü daşıyan fenomendir. O, ömürünün 30 ildən çox hissəsini müasir Azərbaycan quruculuğuna həsr etmişdir. Böyük qayıdış zamanı ilk görüş yerinin məhz Milli Elmlər Akademiyası seçilməsi ilə Heydər Əliyev yeni qurulmağa başlayan ölkənin bünövrəsinin elmi sütunlarla bərkitmiş və intelektual potensiala arxalandığı fikrini ictimaiyyətə ötürmüşdür. H.Əliyev Azərbaycan xalqının yüksək elmi biliyə, savada malik olduğunu və bu dəyərlərin Azərbaycanda yaranmasının müəllim, pedaqoq və alimlərimizin gərgin əməyinin nəticəsi olduğunu bildirmişdir. Ulu öndər həmçinin, xalqımıza məxsus bu dəyərlərin tarixin süzgəcindən keçib müasir gəncliyə ötürüldüyünü hər zaman qeyd etmişdir. Bu fikirlərlə Ümummilli Lider xalqımıza məxsus dəyərləri milli məsuliyyət libasında çiyinlərimizdə daşımaq üçün biz gənclərə həvalə etmişdir. Biz də gənclik olaraq həm xalqımıza, həm də dünyaya öz elmimizlə nümayiş etdirməliyik ki, xalqımız böyük istedada, elmi potensiala malikdir, bizim nailiyyətlər milli marağa xidmət edir və dünya elminə müəyyən töhfələr verəcəkdir.

Sonra İnstitutun YAP Ərazi partiya təşkilatının sədri Məhiyəddin Hacıyev çıxış etmişdir. M.Hacıyev Heydər Əliyev siyasi kursu, dövlətçilik prinsipləri, gənclər, elm və təhsil siyasəti haqqında geniş çıxışını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Məruzəçi Ulu öndərin gənclərə qarşı diqqət və qayğısından danışdı. Qeyd olundu ki, ümummilli liderimiz Heydər Əliyev gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratdı. Nazirlik yaradıldıqdan sonra dövlət gənclər siyasəti sahəsində mühüm işlər həyata keçirməyə başladı. Bu siyasətin davamı olaraq 1996-cı il yanvarın 26-da ulu öndər Heydər Əliyevin imzaladığı Sərəncama əsasən, fevralın 2-də Azərbaycan Respublikası gənclərinin ilk forumu keçirildi və forumda hər il həmin tarixin Azərbaycanda Gənclər Günü kimi qeyd edilməsi qərara alındı.Məruzəçi bildirdi ki, əsası Ulu öndər tərəfindən qoyulmuş gənclər siyasəti bu gün də cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Daha sonra Şuranın İdarə Heyətini üzvü Günel Əzimovanın təqdimatında mövzuya həsr olunmuş məruzəsi dinlənilmişdir. Məruzəçi çıxışında təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər və elm siyasətindən bəhs etmişdir. Bugünkü dövrdə həmin siysasətin davamı kimi həyata keçirilən dövlətin gənclərə dəstək və diqqət ilə Azərbaycan gəncliyində öz gücünə, istedadına artan inam hissi formalaşmışdır. Gənclərin də öz növbəsində dövlət qayğısını daim

hiss edərək nailiyyətləri ilə onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışacaqlarını qeyd edib. Çıxışının sonunda G.Əzimova məruzəsini Heydər Əliyevin “Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvərgənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir” fikirləri ilə tamamlamışdır.

JURNALLAR
Faydalı linklər