Xəbərlər
Foto
AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “Qeyri-üzvi kimya” ixtisası üzrə elmi seminarın iclası keçirilmişdir.
Dek 09, 2021 | 15:30 / Konfranslar, iclaslar
Oxunub 2971 dəfə

09.12.2021-ci il tarixində AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının nəzdində 2303.01- “Qeyri-üzvi kimya” ixtisası üzrə elmi seminarın iclası keçirilmişdir. Elmi seminarda AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Funksional qeyri-üzvi maddələrin termodinamikası” laboratoriyası dissertantı Mehdiyeva İlahə Firudin qızının “Talliumun erbium və tuliumla telluridlərinin və onlar əsasında funksional xassəli fazaların alınması və tədqiqi” mövzusunda 2303.01- “Qeyri-üzvi kimya” ixtisası üzrə kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işininin müzakirəsi keçirilmişdir. Dissertantın elmi rəhbəri AMEA-nın müxbir üzvü, professor Məhəmməd Baba oğlu Babanlıdır.

Dissertasiya işinin təqdimatından və rəyçilər k.e.d. F.M.Sadıqov və k.ü.f.d. Şərafət Məmmədovun çıxışlarından sonra iddiaçıya iştirakçılar tərəfindən verilən çoxsaylı suallar onun tərəfindən ətraflı cavablandırılmışdır. Sonra doktorantın dissertasiya işinin müdafiəyə tövsiyə edilməsinə dair elmi seminarın üzvləri tərəfindən gizli səsvermə keçirilmişdir. Səsvermənin müsbət nəticəsinə və rəyçilərin müsbət rəylərinə əsaslanaraq elmi seminar dissertasiya işinin ED 1.15 Dissertasiya şurasına əsas müdafiəyə təqdim edilməsini qərara almışdır.

JURNALLAR
Faydalı linklər