Xəbərlər
Foto
“Vətən savaşında Azərbaycan anası” adlı dəyirmi masa keçirilib
Dek 04, 2021 | 11:35 / Konfranslar, iclaslar
Oxunub 2640 dəfə

Dekabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Şanlı Qələbəmizin birinci ildönümünə həsr edilən tədbirlərin davamı olaraq, “Vətən savaşında Azərbaycan anası” mövzusunda dəyirmi masa keçirilib. Tədbir MEK-in Qadınlar Təşkilatının və “Qarabağ müharibəsi qəhrəmanları” fondunun birgə təşkilatçılığı ilə baş tutub.

Dəyirmi masanı giriş sözü ilə açan AMEA MEK-in icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Quliyeva çıxışında Şərqin, xüsusilə Azərbaycanın zəngin mədəniyyətində qadınların rolunu vurğulayıb, dövlətçiliyimizin qorunmasında onların məğrurluğundan danışıb. “44 günlük Vətən müharibəsi zamanı igidlik, şücaət, göstərərək öz qanları bahasına Qələbə sevincini bizə yaşadan əsgər və zabitlərimizin anası da məhz Azərbaycan qadınıdır”-deyə icraçı direktor bildirib. Tədbirdə Qarabağ müharibəsi şəhidlərinin və 30 noyabr tarixində "Qaraheybət" təlim meydançasına eniş edərkən helikopter qəzasında həlak olan azərbaycanlı hərbçilərin xatirəsi də bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə AMEA-nın akad. M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun kiçik elmi işçisi Günel Əzimova çıxış edərək bildirib ki, şəhidlərimiz başımızın tacı, qazilərimiz qürur mənbəyimizdir. Onları tanımaq və tanıtdırmaq hər bir vətəndaşın mənəvi borcudur. Həmçinin  Əzimova zəfər yürüşündə oğullarını xeyir-dua ilə cəbhəyə yola salan anaların hər birinin ədəbiyyat üçün nümunə olacaq bir obraz olduğunu da çıxışında qeyd etmişdir.

JURNALLAR
Faydalı linklər