Xəbərlər
Karbon qazı amidlərin istehsalı üçün katalizator rolunu oynadı
Dek 06, 2021 | 10:31 / Maraqlı məlumatlar
Oxunub 1526 dəfə

Təkrar amidləşmə reaksiyası çoxdan məlum olan, lakin daha az istifadə edilən üsullardan biridir. Orada bir amid  aminlə reaksiyaya  girərək, digər amidə çevrilir.

Son illərdə bu çevrilməni həyata keçirmək üçün müxtəlif variantlar sınaqdan keçirilmişdir, lakin onların hamısı 100 dərəcə C0 –dən  yuxarı temperatur  və ya bahalı ,  ekoloji cəhətdən təmiz  olmayan reagentlər və katalizatorlar olmadan  mümkün olmur .

Danimarka və İtaliyadan olan bir qrup kimyaçılar  karbon qazının iştirakı ilə gedən katalitik təkrar amidləşmə reaksiyasını daha dərindən tədqiq etdilər.

Bu isə yüksək temperatur, keçid metalları və ya aktivləşdirici qruplardan istifadə etmədən bəzi amidləri digərlərinə çevirməyə imkan verdi. Kinetik tədqiqatlar və kompüter hesablamaları karbon qazının katalitik rolunu təsdiqlədi.

The Journal of Organic Chemistry jurnalında dərc olunmuş əsər.

https://www.nanonewsnet.ru/news/2021/uglekislyi-gaz-vystupil-katalizatorom-polucheniya-amidov

JURNALLAR
Faydalı linklər