Xəbərlər
Ağac tullantılarının emalı üçün "yaşıl" texnologiya ekoloji cəhətdən qiymətli olan kimyəvi məhsulların təhlükəsiz istehsalına imkan verəcəkdir.
Dek 03, 2021 | 12:50 / Maraqlı məlumatlar
Oxunub 1582 dəfə

Ağacın işlənməsi zamanı çoxlu miqdarda tullantı əmələ gəlir: yonqar,  ağac tozu və sonrakı istifadə üçün yararsız olan digər ağac qalıqları. Monosaxaridlər, etanol, furfural əldə etmək üçün ağac tullantılarının emalında tətbiq olunan mövcud sənaye prosesləri yüksək temperatur və təzyiqdə ekoloji cəhətdən təhlükəli olan korroziyalı –aktiv reagentlərdən istifadə etməklə həyata keçirilir, bununla belə  liqnin  istifadə olunmamış tullantı kimi qalır.

“EA SB-nin Krasnoyarsk Elmi Mərkəzi” Federal Tədqiqat Mərkəzinin(FTM)  alimlər qrupu fransalı tədqiqatçı ilə birlikdə  meşə mişar tullantılarından nanoselüloz, vanilin və digər qiymətli kimyəvi məhsulların alınması üçün “yaşıl” texnologiya yaratdılar. Ağac emalı üçün su, oksigen, hidrogen peroksid, sirkə turşusu və etanol kimi az zəhərli reagentlərdən istifadə olunur. Ənənəvi texnologiya əvəzinə bu texnologiyadan istifadə ətraf mühitə mənfi təsirləri xeyli azaldır.

Yeni üsullarla əldə edilən məhsullara qida, əczaçılıq, kimya sənayesi, tibb, yeni funksional polimerlərin sintezi və nanokompozitlər daxil olmaqla bir çox sahələrdə tələbat var. 

Araşdırmanın nəticələri Catalysis Today jurnalında dərc olunub.

https://www.nanonewsnet.ru/news/2021/zelenaya-tekhnologiya-pererabotki-drevesnykh-otkhodov-pozvolit-ekologicheski-bezopasno-pol

JURNALLAR
Faydalı linklər