Xəbərlər
Nanoliflər və nanoalmazlardan ibarət təkrar istifadə edilə bilən yeni kompozit material suda zəhərli maddələri aşkar edəcək
Dek 02, 2021 | 13:52 / Maraqlı məlumatlar
Oxunub 1787 dəfə

“Bir çox sənaye sahələrinin fəaliyyəti nəticəsində su hövzələrinin səthinə praktiki olaraq təbiətdə parçalanmayan və zəhərli olan külli miqdarda kimyəvi birləşmələr düşür. Bunlardan biri fenol və onun törəmələridir.

Fenol təbii sularda ən çox yayılmış çirkləndiricilərdən biridir. O, plastik, əczaçılıq, pestisidlər və herbisidlərin istehsalında istifadə olunur. Fenolun təyini üçün mövcud yüksək həssaslığa malik üsullar çox vaxt aparır. Həmçinin nümunənin hazırlanması üçün çoxmərhələ və çox zəhmət tələb edilir. Eyni zamanda bahalı xüsusi avadanlıqlardan  istifadə edilir.

“Rusiya Elmlər Akademiyasının  (REA) Sibir Bölməsinin(SB) Krasnoyarsk Elmi Mərkəzi” Federal Tədqiqat Mərkəzinin (FTM) və Sibir Federal Universitetinin Krasnoyarsk alimlərindən ibarət qrup sənaye çirkab sularında fenolun aşkarlanması üçün ucuz, istehsalatda və istifadədə sadə olan bir kompozit material hazırlayıblar. O, alüminium oksidi nanoliflərindən və detonasiya nanoalmazlardan ibarətdir.

O, ucuzdur, istehsalı asandır və sənaye çirkab sularında fenol kimi zəhərli maddələri aşkar edə bilir.

Tədqiqatın nəticələri “Journal of Nanoparticle Research” jurnalında dərc olunub.

JURNALLAR
Faydalı linklər