Xəbərlər
Əsas amin turşuları demensiyanın əmələgəlməsini (başlamasını) ləngidir.
Dek 01, 2021 | 11:24 / Maraqlı məlumatlar
Oxunub 1509 dəfə

Siçanlar üzərində aparılan bir araşdırma göstərdi ki, qocalıqda zülal çatışmazlığı qocalıq demensiyanın inkişafını sürətləndirir, yeddi əvəzolunmamış amin turşusundan ibarət pəhriz əlavəsi isə əksinə, ləngidir. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, hər il dünyada 10 milyondan çox insan idrak funksiyasının itirilməsi ilə xarakterizə olunan demensiyadan əziyyət çəkir. Həm beynin təbii qocalması nəticəsində, həm də əvvəlki xəstəliklərdən və ya zədələrdən sonra - məsələn, Altsheimer xəstəliyi və ya insult nəticəsində baş verə bilər.

Yaponiyadan olan bir qrup tədqiqatçı Altsheimer xəstəliyinin siçan modelində bu fərziyyəni təsdiqlədi: belə ki, zülalın qeyri-kafi qəbulu neyrodegenerasiyanın sürətlənməsinə  səbəb oldu. Yeddi əvəzolunmaz amin turşusundan ibarət əlavə (orqanizmin öz-özünə sintez edə bilmədiyi zülalların tərkib hissələri) bu təsirin qarşısını almağa kömək edir.

Daha sonra alimlər sadə  zülal qəbulunun azalması və amin turşularının qarışığının qəbulu ilə baş verən gen aktivliyindəki dəyişiklikləri təhlil ediblər. Məlum olub ki, əvəzolunmamış amin turşuları beyində iltihab proseslərinə maneə olur, həmçinin iltihabı stimullaşdıran kinureninin beyinə daxil olmasının qarşısını alır. Bundan əlavə, amin turşuları neyron ölümün qarşısını aldı və neyron əlaqələrini yaxşılaşdırdı.

Tədqiqat siçanlar üzərində aparılsa da, məqalə müəllifləri amin turşularının qəbulunun insanlarda demensiyanın inkişafına mane ola biləcəyi fikrini irəli sürdülər. 

Araşdırmanın nəticələri ilə bağlı məqalə “Science Advances” jurnalında dərc olunub.

https://www.nanonewsnet.ru/news/2021/nezamenimye-aminokisloty-zamedlili-nastuplenie-dementsii

JURNALLAR
Faydalı linklər