Xəbərlər
REA SB (Rusiya Elmlər Akademiyası Sibir bölməsi) Baykal Təbiətdən istifadə İnstitutunun(BTİİ) əməkdaşları 4D çap üçün istiliyədavamlı polimerlər hazırlayıblar
Noy 26, 2021 | 14:41 / Maraqlı məlumatlar
Oxunub 1361 dəfə

REA SB (Ulan-Ude) Baykal Təbiətdən istifadə İnstitutunun əməkdaşları, formanın yaddaş effektinə malik mexaniki təsirə və istiliyə davamlı polimer materiallar işləyib hazırladılar

Lakin, DLP çapı üçün uyğun olan hal-hazırda məlum olan istiliyə həssas forma yaddaşlı polimerlərin çox hallarda lazımı gədər mexaniki möhkəmlik və termiki stabilliyə malik  olmadığı məlumdur. Bu, texnologiyanın potensial tətbiq sahələrini  məhdudlaşdırır. Sibir alimlərinin tədqiqat işləri bu maneyəni  aşmağa imkan verdi.

Müəlliflər yazır: “Biz iki növ istiliyədavamlı polimerlərdən - aromatik poliamiddən və polibenzimidazoldan istifadə etdik. Onların xüsusi fotohəssas kompozisiyaların tərkibinə daxil edilməsi sayəsində biz nəinki istiliyə davamlılığı və mexaniki gücü birləşdirən, həm də formanın yaddaş effektinə malik olan materiallar əldə edə bildik”

Formanın yaddaş effekti ondan ibarətdir ki, material əyilə və dəyişdirilə bilir, sonra isə xarici stimulun təsiri altında əvvəlki vəziyyətinə qayıdır. Bu vəziyyətdə xarici stimul kimi temperatur götürülür

Alimlər tərəfindən əldə edilən materiallar 100 ° C-dən yuxarı keçid temperaturlarında  formanın əla yaddaş xüsusiyyətlərini nümayiş etdirir. Buna görə də, onlar aerokosmik sənayedə istifadə üçün perspektivlidirlər.

Məsələn: kosmos sənayesində konstruksiyaların  4D çapında istifadə edilə bilər. Tədqiqatın nəticələri Advanced Materials Technologies jurnalında dərc olunub.

https://www.nanonewsnet.ru/news/2021/uchenye-bip-so-ran-razrabotali-termostoikie-polimery-dlya-4d-pechati

JURNALLAR
Faydalı linklər