Xəbərlər
Alimlər, radiasiyadan qorunma cihazlarında bismut təbəqələrinin istifadəsini təklif etdilər.
Noy 24, 2021 | 12:00 / Konfranslar, iclaslar
Oxunub 73 dəfə

Bismutun elektrolit təbəqələr üçün yeni bir tətbiq üsulu, Cənubi Ural Dövlət Universitetinin (CUDU) alimləri tərəfindən beynəlxalq əməkdaş olan (Belarus Respublikası, Çin və Səudiyyə Ərəbistanı) həmkarları ilə birlikdə təklif edilmişdir. Daha əvvəl alimlər onun elektron şüalanmasına qarşı bir mühafizəçi olaraq təsirli olduğunu bildirmişdilər. İndi isə materialların fiziki-kimyəvi xassələrini tədqiq edən mütəxəssislər belə qənaətə gəliblər ki, təbəqələrdən  ionlaşdırıcı şüalanmadan qorunmaq üçün istifadə oluna bilər.

Bismut təbəqələrindən örtüklərin alınması üçün elektrik cərəyanın təsiri altında keçirici səthdə təbəqələr və örtüklərin alınması metodu olan elektroçökmədən istifadə olunmuşdur. Bu prosesin elektrokimyəvi kinetikasını öyrənən tədqiqatçılar sintezin optimal rejimlərini müəyyən etdilər, təbəqələrin kristal quruluşunu, mikroquruluş parametrlərini və elektron xüsusiyyətlərini araşdırdılar.

Elektroçökdürülmüş bismut plyonkaları həm ionlaşdırıcı radiasiyadan qorunmanın inkişafında, həm də maqnit sahə sensorlarının və digər spintronik qurğuların yaradılmasında istifadə edilə bilər. Daha əvvəl, CUDU –dən bir araşdırma qrupu, elektron şüalanmadan qorunması üçün bir material olan təbəqələrin effektivliyinin nəticələrini artıq təqdim etmişdilər.

Tədqiqatın nəticələri yüksək reytinqli “Alloys and Compounds” (Q1) jurnalında çap olunub.

https://www.nanonewsnet.ru/news/2021/uchenye-predlozhili-ispolzovat-plenki-vismuta-v-ustroistvakh-dlya-zashchity-ot-izlucheniya

JURNALLAR
Faydalı linklər