Xəbərlər
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı böyük elmi işçi Samirə Məmmədovanın "MÜASİR FARMAKOKİMYADA POLİMER VEKTORLAR" adlı kitabı işıq üzü görüb
Noy 22, 2021 | 15:24 / Nəşrlər
Oxunub 1850 dəfə

Kitab sintetik və təbii polimerlər əsasında polimer vektorların alın­ma­sı və onların dərman preparatlarının immobilizə olunması və ünvanlı çat­dı­rıl­ma­sına həsr edilmişdir. Məlumdur ki, dərman maddə­ləri orqanizmdə uzun müd­dət qala bilmir, metabolizmə uğrayaraq or­qa­nizm­dən tez bir za­man­da xaric olunur. Bundan başqa, orqanizmdə xə­­stə orqanlara təsir etməklə ya­naşı, digər orqanlara da toksiki təsir edə­­rək əlavə təsirlərə də səbəb olurlar. Bu problemin qarşısını almaq üçün dərman maddələrinin polimer vektorlara immobilizə edilməsi bioüzvi kimya və tibbi bio­tex­no­lo­gi­ya­nın aktual məsə­lə­lərindən birinə çevrilmişdir. Bu baxımdan doksorubisin və levofloksasinin immobilizə olun­ma­sı üçün poliakril turşusu, poli-N-vinil­pi­rrolidon və təbii mənşə­li xitozan əsa­sında yeni yaddaşa malik polimer vektorlar sintez edil­miş­dir. Alınmış hidrogellərin sorbsiya qabi­liy­yətləri öy­rə­nilmiş və yük­sək sorb­­siya tutumuna malik olmaları müəyyən olunmuşdur. Gös­tə­ril­mişdir ki, bu tip polimerlərin istifadəsi ilə şiş xəstəliklərinin mü­ali­cəsində doksorubisinin, həmçinin infek­si­on xəstəliklərdə levoflok­sa­si­nin terapevtik dozasını xeyli azalt­maq müm­kün­dür. Polimer hidro­gel­lərdə, im­mo­bi­lizə olunmuş dok­so­ru­bi­­sinin müxtəlif pH-larda, 370C tem­peraturda gel­dən ayrılması prosesinin zamandan asılılığı təd­qiq edilmişdir. Gös­tə­ril­mişdir ki, doksorubisinin hidro­gel­­lərdən ayrılması ilkin 4 saat müddətində, pH-8-də 60-80% təşkil edir, an­caq 20 saat­dan sonra doksorubisinin po­li­mer­dən ayrılması yavaşıyır və 48-50 sa­at müd­də­tində məh­lu­la ayrılma kiçik por­si­yalarla baş verir. Həm­çi­nin xi­­to­zan əsaslı hidrogelin le­vof­loksasin an­ti­bi­o­ti­ki ilə müxtəlif mühit­lərdə sorb­siyası öyrənilmiş və alınmış hidrogelin yüksək sorb­siya tutu­muna malik olması müəy­yən edilmişdir.

Bakı: “Elm”, 2021, – 196 səh.

                                                                                                                                                         

JURNALLAR
Faydalı linklər